AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mehriban Əliyevadan tibb işçilərinə: Buna əmin olduq...

  • + A
  • - A
  • 17-06-2020, 12:31

    Mehriban Əliyevadan tibb işçilərinə: Buna əmin olduq...

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə onları təbrik edib.

    AzadMedia.az xəbər verir ki, o bu barədə İnstaqram hesabında paylaşım edib.

    “Bu gün – 17 iyun – ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunur. Səhiyyə sahəsində çalışan hər kəsi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

    Əminəm ki, bu gün bütün vətəndaşlarımız sizə sonsuz təşəkkür və səmimi minnətdarlığını bildirmək istərdi. Axı koronavirus pandemiyası ilə mübarizədə əsas yük sizin üzərinizə düşüb. Biz bir daha sizin peşəkarlığınıza əmin olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq. Siz öz doğma və yaxınlarınızdan uzaqda həyatınızı riskə ataraq xəstəliyi yenməyə kömək edir, həyatları xilas edir, insanlara inam və ümid bəxş edirsiniz. Sizin gündəlik zəhmətiniz, peşə borcunuza sadiqliyiniz, pasiyentlərə xoş münasibətiniz, şəfqət və mərhəmətiniz ən yüksək qiymətə layiqdir! Sizin hər birinizə hünər, dözüm və ən əsası cansağlığı arzulayıram!” - M.Əliyeva qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR