AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabahın hava proqnozu açıqlandı

  • + A
  • - A
  • 26-06-2020, 14:29

    Sabahın hava proqnozu açıqlandı




    İyunun 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 19-24, gündüz 29-32, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoz

    İyunun 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR