AzadMedia

“Dünyanın 130-dən çox ölkəsinin cənab Prezidentin təşəbbüsünü dəstəkləməsi növbəti etimadın göstəricisidir” - Deputat

  • + A
  • - A
  • 29-06-2020, 22:47

    “Dünyanın 130-dən çox ölkəsinin cənab Prezidentin təşəbbüsünü dəstəkləməsi növbəti etimadın göstəricisidir” - Deputat

    "Sevindirici  haldır ki, ölkə başçımızın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi məsələsi qaldırılıb. Cənab Prezidentimizin  bu təklifi artıq BMT üzvü olan 130-dan çox ölkə tərəfindən müsbət qarşılanaraq dəstəklənib. Hesab edirəm ki, bu böyük uğurla yanaşı, həm də tarixi hadisədir”

    Azadmedia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov Prezident İlham Əliyevin Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürməsinə münasibət bildirərkən deyib. 

    Deputatın sözlərinə görə, COVİD-19 pandemiyası qlobal təhlükədir və ölkəmizin virusun qarşısının alınması istiqamətində beynəlxalq səviyyədə irəli sürdüyü təşəbbüs vətəndaşlarımızın təhlükəsizliyinə hesablanıb və Azərbaycan vətəndaşlarının həyati təhlükəsizliyinin təmin olunmasına xidmət edir:
    "Hazırkı reallıq qlobal həmrəyliyi qaçılmaz edir. Çünki koronavirus ümumbəşəri problemdir. Problemin həlli yolları istiqamətində qlobal birliyin nümayiş olunması müsbət haldır. Məhz qlobal miqyasda həmrəyliyə çağırışın əhəmiyyəti böyükdür. Buna görə də Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Qaydalara görə, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar.
     
    130-dan çox BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Bu etimadın əsasında isə yenə də ölkə başçımızın şəxsi nüfuzu dayanır. Çünki Prezident İlham Əliyev hər zaman beynəlxalq öhdəliklərə sadiqlik nümayiş etdirib. Çünki beynəlxalq münasibətlərdə güvən və etibar sahibi olmağı hər ölkə başçısı bacarmır. Hesab edirəm ki, cənab prezident novbəti dəfə də ilkə imza atmağı bacardı. İndiki ağır və həssas dönəmdə dünyanın bir saylı təşkilatının, onun Baş Assambleyasının bir araya gəlməsinə və vacib qəralar verməsinə ehtiyac var.
    Bu, həm də illərdir imici və nüfuzu zədələnmiş BMT-nin dünyada nüfuzunun artmasına, ona olan inamın bərpa edilməsinə öz töhfəsini verə bilər"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    ]
    OXŞAR XƏBƏRLƏR

    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR