AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yalnız bu hallarda çölə çıxmağa icazə veriləcək

  • + A
  • - A
  • 2-07-2020, 22:48

    Yalnız bu hallarda çölə çıxmağa icazə veriləcək

    5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda tətbiq ediləcək xüsusi karantin rejimi ilə bağlı bu şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə bir sıra hallarda yol veriləcək.

    AzadMedia.az xəbər verir ki, həmin hallar aşağıdakılardır:

    * təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar (SMS-icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə);

    * ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə);

    * yaxın qohumunun dəfnində iştirakla əlaqədar (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə).


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR