Zelenskinin xanımı koronadan sağaldı
![]()
Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya koronavirusdan sağalaraq xəstəxanadan evə buraxılıb.
AzadMedia.az xəbər verir ki, Zelenskaya müalicəsini evdə davam edəcək.
Daha əvvəl koronavirus aşkarlandığı Y.Zelenskaya əvvəlcə ambulator, daha sonra xəstəxanada müalicə alıb. Ölkə başçısının özü də ikihəftəlik karantinə alınmış, lakin nə özündə, nə də övladlarında koronavirus tapılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.