AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Barselona”nın prezidenti VAR-ı tənqid etdi

  • + A
  • - A
  • 6-07-2020, 13:23

    “Barselona”nın prezidenti VAR-ı tənqid etdi


    “Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu VAR sistemini tənqid edib.

    Xəbəri “Goal” agentliyi yayıb.

    “Mən “Real” (Madrid) və “Atletiko” arasındakı qarşılaşmanı izlədim. Özümü çox pis hiss edirəm. Biz (“Barselona”nı nəzərdə tutur - red.) dünyada ən gözəl futbol nümayiş etdiririk. VAR isə koronavirusdan sonra ədalətsiz qərarlar verir. Bu qərarlar qarşılaşmaların nəticələrini dəyişir və həmişə eyni komandaya kömək edir”, - deyə X.Bartomeu bildirib.

    Qeyd edək ki, İspaniya çempionatının 34-cü turunda “Real” “Atletiko”nu məğlub edib. Yeganə qolu 73-cü dəqiqədə penalti zərbəsi ilə Serxio Ramos vurub. Oyunun 76-cı dəqiqəsində isə “Atletiko”nun futbolçusu “Real”ın cərimə meydançasında kobudluqla dayandırılsa da, oyunun hakimi 11 metrlik cərimə zərbəsini təyin etməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR