AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kür çayında batan gəncin meyiti tapılıb

  • + A
  • - A
  • 7-07-2020, 21:00

    Kür çayında batan gəncin meyiti tapılıb

    Kürdəmirdə Kür çayında batan gəncin meyiti tapılıb.

    "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Salam Baxşıyevin meyiti batdığı yerdən bir neçə metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    ***16:01

    15 yaşlı gənc Kür çayının Kürdəmir rayonundan keçən hissəsində batıb.

    "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Baxşıyev Salam İbrahimxəlil oğlu həmkəndlisi ilə Kürdə çimərkən batıb.

    Hadisə yerinə Kürdəmir Rayon Polis Şöbəsinin və Aran Regional Sularda Xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.

    Hazırda meyitin tapılması istiqamətində işlər davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR