AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bakcell"dən abunəçilərinə xoş xəbər

  • + A
  • - A
  • 8-07-2020, 20:40

    "Bakcell"dən abunəçilərinə xoş xəbər

    "Bakcell" şirkəti COVİD-19-la mübarizə tədbirləri çərçivəsində ölkəmizdə həyata keçirilən daha bir təşəbbüsə qoşulub.

    Azadmedia.az xəbər verir ki, "Bakcell" abunəçiləri “e-Tabib” mobil tətbiqinin əsas funksionallığından pulsuz istifadə edə bilərlər. Bununla yanaşı, applikasiyada qeydiyyatdan keçən abunəçilərə 100 MB həcmində internet trafiki hədiyyə olunur.

    “e-Tabib” yoluxmanın qarşısını almağa kömək edir. Belə ki, “bluetooth” funksiyası sayəsində istifadəçi son 14 gün ərzində təmasda olduğu digər proqram istifadəçilərində qeydə alınmış yoluxma faktından xəbər tutur və ona COVİD-19 testindən keçmək tövsiyə olunur.

    Azərbaycanda COVİD-19 virusuna yoluxma faktları, müalicə olunmuş və evə buraxılmış şəxslər haqqında statistik məlumatlar, tez-tez verilən suallara cavablar və profilaktik tədbirlər haqqında məlumatlar da bu mobil tətbiqdə öz əksini tapır. Burada eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin məlumat və xəbərləri, profilaktik tədbirlər və xəstəliyin simptomları haqqında faydalı məlumatlar yerləşdirilib. “e-Tabib”i Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından yükləmək olar.

    "Bakcell" bundan sonra da ölkəmizdə COVİD-19-a qarşı aparılan mübarizə tədbirlərinə dəstək verməyə davam edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR