AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyandan atəşkəsə nəzarətlə bağlı riyakar AÇIQLAMA

  • + A
  • - A
  • 18-07-2020, 20:40

    Paşinyandan atəşkəsə nəzarətlə bağlı riyakar AÇIQLAMA

    “Ermənistan tərəfi Azərbaycanla sərhəddə atəşkəs rejiminə riayət olunmasına nəzarəti həyata keçirmək üçün etibarlı beynəlxalq monitorinq sisteminin yaradılmasını dəstəkləyir”.

    “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin rəhbər şəxsləri ilə keçirdiyi görüşdə bəyan edib.

    “Bizim mövqeyimiz dəyişmir. Hamımız, nəhayət, atəşkəs rejiminin pozulmasına dair davamlı bəyanatlar dövründən çıxmalıyıq və atəşkəs rejiminə əməl olunmasından ötrü etibarlı beynəlxalq monitorinq sistemi yaradılmalıdır”, - deyə N.Paşinyan hərbçilərlə görüşündə söyləyib.

    N.Paşinyan əlavə edib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesi ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində davam etdirilməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR