AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kadırov Pompeonu Çeçenistana çağırdı: Sən də gəl...

  • + A
  • - A
  • 21-07-2020, 14:44

    Kadırov Pompeonu Çeçenistana çağırdı: Sən də gəl...
    Çeçenistan lideri Ramzan Kadırov ABŞ Dövlət katibi Mayk Pompeonu Çeçenistana dəvət edib.

    Axar.az xəbər verir ki, Kadırovun bununla bağlı videomüraciəti “Qroznı” televiziyasında yayımlanıb.

    “Məni daha bir sanksiyalar siyahısına daxil ediblər. Belə çıxır ki, ABŞ-da bu siyahıların sayı həddən artıq çoxdur. Mən özümün doğma kəndim Benoya gəlmişəm. Pompeo, sən də gəl. Bura çox gözəldir, baxarıq görək kim, hansı haqları pozur”, - deyə o bildirib.

    Qeyd edək ki, ABŞ Dövlət Departamenti bazar ertəsi Kadırovu həyat yoldaşı və qızlarıyla birgə insan haqlarını pozduğu üçün qara siyahıya daxil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR