AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Elnur Allahverdiyev bayram təbrikində Prezidentin mediaya qayğısından danışdı

  • + A
  • - A
  • 21-07-2020, 15:12

    Deputat Elnur Allahverdiyev bayram təbrikində Prezidentin mediaya qayğısından danışdı
    Sabah dövlətimiz gözəl bir günü – Milli Mətbuat Gününü qeyd edəcək. Azərbaycan Mediası özünün 145 yaşını qeyd etməyə hazırlaşır. Bu sözləri Azadmedia.az saytı vasitəsilə Milli Məclisin deputatı Elnur Allahverdiyev media mənsublarını təbrik edərkən bildirib. Deputat təbrikinə davam olaraq qeyd edib ki, Media Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri səviyyəsindədir. Çünki Media cəmiyyətin formalaşmasında, inkişafında mühüm rol oynayır. Ona görə də, ulu öndər Heydər Əliyev medianı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi görürdü. Məhz buna görə də ümummilli lider media üzərindən bütün ictimai tənzimləmə mexanizmlərini aradan qaldırdı. Bu gün biz Azərbaycan dövləti olaraq medianın rolunu və yerini onların özlərinin gördüyü kimi görürük. Mediaya yaradılan şəraitin nəticəsidir ki, Prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmədiyini bildirib.

    Elnur Allahverdiyev əlavə olaraq qeyd edib ki, cənab Prezidentin qayğısı ilə əhatə olunan media dövlətin bütün qayğı mexanizmlərindən istifadə edir. Dövlət tərəfindən jurnalistlər üçün evlər tikilib və tikilməkdə davam edir. Əzizi media nümayəndələri, dövlət bütün bunları ona görə edir ki, siz Azərbaycan cəmiyyətindəki ictimai rolunuzu bundan sonra bacarıqla həyata keçirə biləsiniz. Dövlət jurnalistlərin qayğısına qalır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın mühüm rolu var. Bu gün biz böyük erməni lobbisi, islamafob dairələrlə üz-üzəyik. Missioner təşkilatlar var ki, Azərbaycanın inkişafını gözləri götürmür. Bütün bunlarla mübarizə aparmaq üçün biz medianın köməyini umuruq, sizdən dəstək gözləyirik. İnanırıq ki, informasiya müharibəsi dövründə bunu bacaracaqsınız. Bayramınız mübarək!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR