AzadMedia

Amerika-Yəhudi humanitar təşkilatının icraçı direktoru Samet Yaakov Azərbaycan xalqına müraciət etdi - VİDEO

  • + A
  • - A
  • 25-07-2020, 15:39

    Amerika-Yəhudi humanitar təşkilatının icraçı direktoru Samet Yaakov Azərbaycan xalqına müraciət etdi - VİDEO

    “Vaad L'hatzolas Nidchei Yisroel” Amerika-Yəhudi humanitar təşkilatının icraçı direktoru Samet Yaakov Azərbaycan xalqına müraciət edib.

    Müraciətdə deyilir:


    “Salam!

    Bu müraciətim Azərbaycan hökumətinə və Azərbaycan xalqınadır.

    ABŞ-da yaşayan bir yəhudi kimi və ABŞ-da bir təşkilat idarə edən şəxs olaraq, Azərbaycandakı bir sıra təşkilatlara kömək edirik.

    Mən Azərbaycanı çox yaxşı tanıyıram, bu ölkə barədə çox araşdırma aparmışam, dəfələrlə ziyarət etmişəm.

    Əvvəla, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi fəaliyyətləri, müharibəni, hücumları və bütün dünyada, o cümlədən, Belçikada, Los-Ancelesdə müşahidə etdiyimiz hadisələri pisləmək istəyirəm.

    Biz onların tamamilə qəbuledilməz olan bütün hərəkətlərini qəti şəkildə qınayırıq.

    Biz, yəhudi xalqı olaraq təqib olunmağın nə demək olduğunu çox yaxşı bilirik.

    Biz bu yolda sizi dəstəkləyirik, sizin tərəfinizdəyik və sizi cəsarətli və güclü olmağa çağırırıq.

    Azərbaycan güclü ölkə kimi yəhudilərin yaşadığı İsrail dövləti ilə sıx əlaqələrə malikdir. Bu yaxın münasibətlərin Birləşmiş Ştatlarda da olması da çox mühümdür. Yaxşı yadımdadır, sizin ölkənizin müstəqillik günündə Azərbaycana səfər etmişdim. Müxtəlif ölkələrdən olan çoxlu sayda diplomatlar da orada idi. İnsanlar mütləq mənim dəfələrlə olduğum bu möhtəşəm ölkəyə səfər etməlidirlər.

    Orada mən möhtəşəm “Four Seasons” hotelinin gözəl nömrələrində qalırdım. Lakin məni ən çox heyrətləndirən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək imtiyazına layiq görməklə məni şərəfləndirən möhtəşəm Azərbaycan xalqı oldu.

    Prezident İlham Əliyev inanılmaz dərəcədə qayğıkeş, mehriban, parlaq bir insandır. O, ölkəni məharətlə idarə edir, dövlətin inkişafı üçün əlindən gələni əsirgəmir.

    Əvvəl də qeyd etdiyim kimi, Amerika-İsrail təşkilatı Azərbaycanda yəhudilərə qarşı mükəmməl münasibətin olduğuna dəfələrlə şahidlik edib.

    Azərbaycanlılar yəhudilərin müsəlman bir ölkədə özlərini rahat hiss etmələri üçün bütün səylərini əsirgəmədən kömək etməyə hazırdırlar. Bu tək sözdə yox, əməldə də belədir. Bu, həqiqətən, inanılmazdır və biz bunu çox yüksək qiymətləndiririk.

    Mən dünyadakı ermənilərin Azərbaycana qarşı bütün hərəkətlərini qınayan, Azərbaycana və xalqına dəstək verən bir çox ABŞ şirkətini tanıyıram.

    Əlbəttə ki, Azərbaycan xalqına əzmini qorumaq, gözəl və güclü ölkənizin çiçəklənməsi üçün çalışmağa davam etmək çağırışı ilə müraciət etmək istərdik. Allahın köməyi ilə yolunuza davam edin. Mən Allaha dua edirəm ki, hər bir azərbaycanlını, hər bir yəhudini və dünyadakı bütün insanları qorusun. Sadəcə, sülhsevər olun, yaxşılıq edin və dünyaya sülh gətirin”.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    ]
    OXŞAR XƏBƏRLƏR

    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR