AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İcra başçısının qardaşı oğlu bıçaqlandı

  • + A
  • - A
  • 26-07-2020, 15:20

    İcra başçısının qardaşı oğlu bıçaqlandı

    Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

    AzadMedia.az Oxu.az-a istinadla xəbər verir ki, rayon sakini, əvvəllər məhkum olunmuş Cəbrayılov Səməd Surxay oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

    S.Cəbrayılov yaxınlarının köməkliyilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağırdır.

    Qeyd edək ki, S.Cəbrayılov Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qardaşı oğludur. O, bir müddət əvvəl Göyçay Rayon Gənclər Mərkəzinin rəhbəri və İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində çalışıb.

    Faktla bağlı araşdırma aparılır.

    İcra başçısının qardaşı oğlu bıçaqlandı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR