AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatın kitabı Təbrizdə nəşr edildi

  • + A
  • - A
  • 29-07-2020, 19:00

    Deputatın kitabı Təbrizdə nəşr edildi

    Millət vəkili Qənirə Paşayevanın “Səndən sonra” şeirlər və esselər kitabı Təbrizdə, ərəb qrafikalı əlifba ilə nəşr edilib.

    Kult.az xəbər verir ki, “Yaşar qələm” nəşriyyatında çap edilən kitabı tanınmış şair Çalğın nəşrə hazırlayıb.

    “Bu, mənimçün xoş sürpriz oldu. Hər bir yazarımız üçün doğma Təbrizdə kitabının çap edilməsi əlamətdar və arzulanan hadisədir. Əməyi keçən hər kəsə, özəlliklə Çalğın bəyə, “Yaşar qələm” nəşriyyatının başçısı Xosrov Barışana təşəkkür edirəm!” - Q.Paşayeva qeyd edib.

    Qeyd edək ki, oxucular tərəfindən maraqla qarşılanan bu əsər müəllifin tirlogiya təşkil edən “Məndən sonra”, “Səndən sonra” və “O” kitablarından biri olub, dünya, insan, sevgi, eşqlə bağlı yazılmış şeirlər və esselərdən ibarətdir.

    Kitab ilk dəfə 2014-cü ildə Bakıda “Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR