AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ülvi Quliyev xalqı təbrik etdi

  • + A
  • - A
  • 30-07-2020, 21:53

    Ülvi Quliyev xalqı təbrik etdi

    İyul ayının 31-i müsəlman dünyasında Qurban bayramı qeyd olunacaq. Bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da hər il Qurban bayramı böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir, Allah yolunda qurbanlar kəsilir, dualar edilir, insanlar bir-birilərini təbrik edirlər.

    Qurban bayramının əsas məqsədlərindən biri imkansız insanlara bayram günlərində sevinc yaşatmaq, onlara bayaram əhval-ruhiyyəsi bəxş etməkdir. Bir sözlə bayramın əsas məqsədlərindən biri imkansız insanlara cəmiyyətin bütövlüyünü, birlik və həmrəyliyini, onların yanında olduğunu hiss etdirməkdir.
    Əziz həmvətənlərim! Azərbaycan əhalisi də bütün dünya müsəlmanları kimi müqəddəs Qurban bayramını qeyd etməyə hazırlaşır.
    Bu ilki Qurban bayramı pandemiya dövrünə təsadüf etdiyindən onun bütün ənənələrini yerinə yetirməkdə müəyyən çətinliklər yarandı. İslam ənənələrinə görə bayramlarda həmçinin qohumlar ziyarət olunmalı, qəbirlər ziyarət edilməlidir.
    Qurban bayramı hər il ölkəmizdə yüksək əhval-ruhiyyədə qeyd olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqa müraciət edir, onları təbrik edir. Bu ölkəmizdə milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğının bariz təzahürüdür.
    Bayram münasibətilə xalqımızı təbrik edir, bütün dua və ibadətlərin, kəsilən qurbanların Uca Allah qatında qəbul olunmasını diləyirəm. Bayramınız mübarək!

    Ülvi Quliyev,
    Milli Məclisin deputatı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR