AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi Milli Məclisə daxil olub

  • + A
  • - A
  • 31-07-2020, 12:12



    2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi Milli Məclisə daxil olub
    “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi Milli Məclisə daxil olub.

    Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

    Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezidentin Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə yenidənbaxılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanaraq müvafiq büdcə zərfi ilə birlikdə hökumətə təqdim olunmuşdu.

    Bununla yanaşı, büdcə sisteminə uyğun olaraq icmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikasının, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən sığorta fondunun və Dövlət Neft Fondunun büdcələrində də müvafiq dəyişikliklər edilib.

    Dövlət və icmal büdcələrin yenidən baxılması ilə bağlı dövlət və icmal büdcələrinin dürüstləşdirilmiş göstəriciləri Azərbaycan Respublikasının Maliyyə Sabitlik Şurasında müzakirə olunaraq bəyənilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR