AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda karantin tədbirləri hansı halda yumşaldılacaq? - AÇIQLAMA

  • + A
  • - A
  • 31-07-2020, 16:50

    Azərbaycanda karantin tədbirləri hansı halda yumşaldılacaq? - AÇIQLAMA

    “Azərbaycanda iyun ayının sonundan etibarən koronavirusa yoluxma hallarında stabilləşmə var”.

    Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

    Onun sözlərinə görə, bu, məhdudiyyətlərin nəticəsində olub:

    “Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Tədbirlər yumşaldıldıqdan sonra insanların yeni normalara əsasən yaşamaları lazımdır. Yumşalmaya keçdikdən sonra yoluxma sayında artım olmazsa, gələcək tədbirlər daha da yumşaldıla bilər.

    5 avqustdan sonra operativ qərargahın nə qərarlar qəbul edəcəyini bilmirik. Lakin bu dəqiqdir ki, biz diqqət etsək, yumşaldılmış rejimlə yaşama şansımız ola bilər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR