AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Həyata keçirilən məqsədyönlü siyasət üzləşilən bütün problemlərin öhdəsindən gəlməyə imkan verir”

  • + A
  • - A
  • 1-08-2020, 20:28

    Deputat: “Həyata keçirilən məqsədyönlü siyasət üzləşilən bütün problemlərin öhdəsindən gəlməyə imkan verir”

    Prezident cənab İlham Əliyevin zamanında ölkənin hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün istənilən problemin öhdəsindən gəlməyə imkan verir.


    Bunu “Ölkə.Az”a açıqlamasında deputat İqbal Məmmədov deyib.

    Onun sözlərinə görə, uzaqgörən və müdrik siyasətin nəticəsində ölkəmizin üzləşdiyi problemlərin həlli istiqamətində möhkəm baza yaradılıb. “Biz koronavirus pandemiyası zamanı bir daha gördük. Məhz zamanında görülən işlərin nəticəsi və ölkə başçısının pandemiyanın başladığı ilk gündən həyata keçirdiyi çevik siyasət, həmçinin təxirəsalınmaz tədribləri nəticəsində Azərbaycanda koronavirus xəstəliyini nəzarət altında saxlamaq mümkün oldu. Koronavirusa yoluxan insanların sayının artmasını nəzərə alan ölkə başçısı qlobal pandemiya nəticəsində dünyada yaranmış mürəkkəb iqtisadi şəraitə baxamayaraq vətəndaşlarımızın sağlamlığının təmin edilməsi, onlaırn müalicə olunması üçün bütün zəruri addımlar atılaraq, lazımi tibbi ləvazimatlar, avadanlıqlar, laboratoriyalar alınıb gətirildi və bu istiqamətdə işlər davam edir. Bununla yanaşı, ölkə daxilində də bu istiqamətdə ciddi addımlar atılaraq qısa zaman ərzində maska, tibbi kombinizon və digər tibbi ləvazimat və avadanlıqlar istehsal edən müəssisələr yaradıldı. Virusa yoluxan xəstələri yerləşdirmək üçün təcili olaraq 10 modul tipli xəstəxanın tikintisinə başlanıldı və cəmi 2-3 ay ərzində 9 xəstəxana tikilərək istifadəyə verilib. Yaxın vaxtlarda isə 10-cu xəstəxana istifadəyə veriləcək. Modul tipli xəstəxanaların yaradılmasını nəzərdə tutan proqramıən icrası nəticəsində əlavə 2 min çarpayı fondu yaradılıb. Ölkə başçısının tapşırığı əsasında hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi məsələsi həll olunur. Bundan əlavə olaraq artıq Fövqəladə Hallar Nazirliyinin 800 çarpayılıq xəstəxanası açılıb və yaxın vaxtlarda daha 1300 çarpayılıq ikinci xəstəxanın açılması gözlənilir. Bu görülən məqsədyönlü işlər nəticəsində Azərbaycanda 6 minə yaxın çarpayı fondu yaranacaq. Yəni sadaladığım bu işlər ancaq qlobal pandemiya dövründə Azərbaycanda görülən işlərdir.

    Onu da demək yerinə düşər ki, bu gün koronavirusa yoluxan vətəndaşlarımız respublikanın 46 46 xəstəxanasında müalicə alır ki, bunların da 41-i son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub”.

    Deputat onu da əlavə edib ki, virusa yoluxan insanları müəyəyn etmək üçün indiyədək Azərbaycanda 700 min test keçirilib: “ Bu da adambaşına keçirilmiş testlərin sayına görə ölkəmiz dünyada qabaqcıl yerlərdən birini tutur. Cənab Prezidentin bu günlərdə Şəkidəki çıxışıdna dediyi kimi operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb və onların sayının 45-ə çatdırılması planlaşdırılır. Bundan əlavə olaraq COVID xəstələrinə xidmət göstərən həkimlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdıırlması məqsədi ilə onlaırn maaşları 3-5 dəfə artırılıb. Xarici ölkələrdən ölkəmizə xeyli sayda peşəkar həkimlər dəvət edilib. Yəni Azərbaycan dövləti vətəndaşlaırn tezliklə sağalması və ağır vəziyyətdən az itkilərlə çıxmaq üçün bütün imkanlarını səfərbər edərək, lazım olan bütün işləri görür. Bütün bu görülən işlərin nəticəsidir ki, vəziyyəti nəzarət altında saxlamaq mümkün olub.

    Bu gün Azərbaycan təkcə vətəndaşının deyil, eyni zamanda digrə ölkələrə də yardım edib. Qlobal pandemiyadan əziyyət çəkən 30-dan artıq ölkəyə müxtəlif formada yardəm edilib. Azərbaycanın bu addımı da beynəlxalq aləm tərəfindən üzərinə məsuliyyətini və vəzifəni layiqincə yerinə yetriməsinin göstəricisi kimi qiymətləndirilir”.

    Deputat onu da bildirib ki, görülən bütün bu işlərə baxmayaraq pandmeiya davam edir və bunun nə zaman bitəcəyi və yaxud vaksinin ixtira ediləcəyi bəlli deyil: “Ona görə də vətəndaşlardan daha məsulşiyyətli olmaq və üzərlərinə düşən vətəndaşlıq borclarını icra edib, koronavirusla bağlı tövsiyyələrə ciddi əməl etməlidirlər. Bildiyiniz kimi may ayının əvvəlində yumşalma siyasəti həyata keçirilən kimi xəstələrin sayı dərhal artmağa başladı və ölkə mənfi dinamika fazasına daxil oldu. Hökumət məcburiyyət qarşısında qalaraq növbəti sərt məhdudlaşdırıcı tədbirlər həyata keçirməli oldu. Bu öz müsbət nəticəsini göstərməkdədir. Artıq iki həftədir ki, ölkəmizdə sağalanların sayı yoluxanların sayından çoxdur.Amma yenə də ehtiyatlı olub tövsiyyələrə əməl etməliyik”.

    Deputat son olaarq onu da əlavə etdi ki, qlobal pandemiya dövründə iqtisadiyyatımızın tənəzzülə uğramasına baxmayaraq heç bir sosial layihə ixtisar edilmədi və edilməyəcək: “Əksinə bütün layihələr uğurla icra olunmaqdadır və nəzərdə tutulan vaxtda hamısı icra olunacaq. Çünki həyata keçirilən məqsədyönlü siyasət bütün problemlərin öhdəsindən gəlməyə imkan verəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR