AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynalı model Türkiyədə döyüldü

  • + A
  • - A
  • 3-08-2020, 13:04


    Ukraynalı model Türkiyədə döyüldü

    Ukraynalı məşhur model Darya Kuruliyuk ötən gün İzmirin Çeşmə bölgəsində yerləşən nüfuzlu çimərliklərin birində vəhşicəsinə döyülüb.

    Azadmedia.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə modelin özü İnstaqram səhifəsində məlumat paylaşıb. Model ingilis, türk və rus dilində qeyd edib:

    "Səssiz qalmaq istəmirəm. Mənim, sevgilimin və 3 yaxın rədiqəmin başına nə gəldiyini anlatmaq istəyirəm. Türkiyənin Çeşmə bölgəsindəki "Momo" çimərliyinin mühafizəçiləri bizə hücum etdilər. Mən də daxil olmaqla, 4 qızın üzünə çox saylı yumruqla vurdular, uşaqlar çox pis halda yaralandı. Hadisə ilə bağlı polisə şikayət etdik. Olanlara göz yummamalıyıq".

    Hadisə ilə bağlı polis artıq araşdırmalara başlayıb. Olayın hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

    Türkiyə mətbuatının yazdığına görə, adı çəkilən "Momo" çimərliyində bu cür hadisələr tez-tez baş verir. Ötən il çimərliyin ofisiantları günəşlənən gənc qadının üzərinə buz tökmüşdülər. Hadisəyə səssiz qalmayan digər kişi müştəri isə çimərliyin 10 əməkdaşı tərəfindən vəhşicəsinə döyülmüşdü.

    Ukraynalı məşhur model Darya Kuruliyukun başına gələn hadisə sosial şəbəkələrdə qəzəblə qarşılanıb. Bir çox türkiyəli tanınmış ona dəstək verərək, baş verən hadisədən şoka düşdüklərini bildirib.

    Ukraynalı model Türkiyədə döyüldü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR