AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat büdcənin müzakirəsi zamanı bəzi təkliflər verib

  • + A
  • - A
  • 4-08-2020, 23:39

    Deputat büdcənin müzakirəsi zamanı bəzi təkliflər verib
    Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Məşhur Məmmədov bir neçə məsələyə toxunub.

    AzadMedia.az xəbər verir ki, deputat qeyri-ərzaq mağazalarının karantin rejimi ilə bağlı fəaliyyət göstərməməsinin yerli istehsalçılar üçün problem yaratdığını bildirib:
    “Bu gün Azərbaycanda neft sektorundan başqa qeyri-neft sektorunun müxtəlif sahələrində müəyyən problemlər yaranır. Bu problemlərin səbəbi nədir?! Məsələn, artıq çimərliklərin açılmasına icazə verilir. Eyni zamanda, ərzaq mağazaları da açıqdır və gün ərzində minlərlə insan alış-veriş edir. Ancaq sənaye müəssisələri, ya da istehsal məhsulları satan mağazalar bağlıdır. Halbuki bu mağazalara gün ərzində 20-30 adam girir. Bu gün həmin mağazaların bağlı olması müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Müəssisələr bağlı olduğundan məcbur olub işçiləri ixtisara salırlar. Hətta xarici ticarət əlaqələrində gərginliklər yaşanır. Azərbaycan elə bir dövlətdir ki, müəssisələrin çoxunun xarici partnyorlarına kreditor borcları var. Satış yerləri də işləmədiyinə görə müəssisələrin çoxunun kreditor borcları yaranır və buna görə də həmin müəssisələrdə yüzlərlə müəssisə bankrot olmaq ərəfəsindədir. Hesab edirəm ki, problemlərin aradan qaldırılması üçün yerli istehsal müəssisələrinin, satış yerlərinin açılmasının vaxtıdır. Bu cür davam etsə ilin dördüncü rübü üçün büdcəyə təkrar baxmalı olacağıq”.


    Məşhur Məmmədov büdcənin bölünməsində qeyri-bərabərliyin olduğunu da söyləyib:
    “Gələn il büdcəyə baxılanda rayonlarda əhalinin sayı nəzərə alınmalıdır. Ortada olan fərqlər aradan qaldırılmalıdır. Məsələn, Masallının əhalisinin sayı 230 mindir. Rayon əhalisinin torpağı az olduğu kimi, kənd təsərrüfatından gəlirlər də azdı. Təklif edirəm ki, büdcədən vəsait ayrılarkən əhalinin sayı çox olan rayonlar nəzərə alınsın”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR