AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ilin büdcəsində ən böyük artığın və kəsirin qeydə alındığı aylar - RƏY

  • + A
  • - A
  • 6-08-2020, 09:49

    Bu ilin büdcəsində ən böyük artığın və kəsirin qeydə alındığı aylar - RƏY

    Azərbaycanın 2020-ci il dövlət büdcəsinin icrasında ən böyük profisit (büdcə qalığı) və ən böyük defisitin qeydə alındığı aylar bəlli olub.

    AzadMedia.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsinə verdiyi rəydə yazılıb.

    Ən böyük profisit məbləği 2 milyard 275,8 milyon manat olmaqla mart ayında müşahidə edilib.

    Ən böyük kəsir isə 1 milyard 140,0 milyon manat olmaqla mayda qeydə alınıb.

    Bildirək ki, 2020-ci ilin ilk altı ayında dövlət büdcəsində 291,9 milyon manat profisit yaranıb. Bu, proqnozlaşdırılan 58,8 milyon manat profisitdən 233,1 milyon manat çoxdur.

    2020-ci ilin dövlət büdcəsi yanvar və mart aylarında profisitlə, fevral, aprel, may və iyun aylarında isə defisitlə icra edilib.

    Qeyd edək ki, profisit büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan, defisit isə büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR