AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı sakinlərini təbrik edib

  • + A
  • - A
  • 8-08-2020, 19:48

    Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı sakinlərini təbrik edib


    Azadmedia.az saytı xəbər verir ki, təbrikdə deyilir:

    “Bu gün Masallı rayonunun inzibati rayon kimi yaradılmasından 90 il ötür. Masallı artıq müasir, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl rayondur. Masallının qədim tarixi var. Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Talış xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Talış qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı Azərbaycan SSR-nin xəritəsinə rayon mərkəzi kimi daxil oldu.
    Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlamışdır. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə bir münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə məlumatlara rast gəlmək olar. Doktor N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır. Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev iki dəfə, prezident İlham Əliyev isə bir neçə dəfə Masallıya səfər etmişlər. Masallının ən qədim kənlərdən biridə təxminən 7 əsr yaşı olan NİNƏLOV kəndidir.
    Hər kəsə məlumdur ki, Masallı həmişə qəhrəmanlar yurdu kimi tanınıb və öz qəhrəmanları ilə fəxr edib. Böyük Vətən Müharibəsinə getmiş 10 914 nəfər Masallı sakinindən 4 248 nəfəri qayıdıb, 1573 nəfəri itkin düşüb, 5 mindən çoxu şəhid olub.
    Qarabağ muharibəsində 5 min nəfərə yaxın Masallı sakini vuruşub. Onlardan 150 nəfəri şəhid olub, 30 nəfəri itkin düşüb, 500 nəfərdən çoxu yaralanıb. Onlardan 4 nəfəri - Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov və Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 3 nəfər Masallı döyüşçüsünə Azərbaycan Bayrağı ordeni verilmişdir.
    Cənab Prezidentin rayonumuza hər gəlişi isə masallılar üçün böyük bayrama çevrilir, rayonun inkişafında yeni mərhələ açır.
    Müstəqil Azərbaycanımızın bütün bölgələri kimi, Masallı rayonu da dinamik inkişaf dövrünü yaşayır. Ölkə başçısının rəhbərliyi, yüksək diqqət və qayğısı nəticəsində həyata keçirilən bu abadlıq, quruculuq və tikinti işləri, eyni zamanda uğurlu layihələr sakinlərimizə xoş ovqat və sakit həyat tərzi bəxş edib, rayonumuzun simasını tamamilə dəyişib.
    Fəxrlə demək olar ki, bugünkü Azərbaycan ümummilli liderimizin arzu etdiyi Azərbaycandır və Masallı rayonu da bu gün Ulu Öndərin arzuladığı kimi, güllü – çiçəkli, işıqlı və abad bir rayona çevrilib.
    Bu gün rayonun kənd və qəsəbələrində sosial problemlərin həlli istiqamətində ciddi addımlar atılır, sərhəd kəndlərinə lazımi diqqət göstərilir, əhalinin mavi qaza, elektrik enerjisinə, su ilə təminatına, işsizliklə bağlı problemlərinin və digər məsələlərinin həlinə diqqətlə yanaşılır. Azərbaycanın son illərdəki sürətli inkişafını sərhədyanı bölgə kimi hər zaman cənab Prezidentin diqqəti və qayğısı ilə əhatə olunan və millət vəkili kimi təmsilçisi olduğum 70 saylı seçki dairəsinə daxil olan Masallı rayonunun timsalında da aydın görmək olar.
    Sonda bütün masallıları, seçicilərimizi Masallının 90 illiyi münasibətilə ürəkdən təbrik edirəm, onlara yeni uğurlar, yeni qələbələr arzulayıram”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR