AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ankara Bakı ilə ona görə dərhal birləşdi ki... - Lukyanov

  • + A
  • - A
  • 9-08-2020, 15:14

    Ankara Bakı ilə ona görə dərhal birləşdi ki... - Lukyanov


    2020-ci il tam anomal bir il oldu. Pandemiya və epidemiyalar əvvəllər də olub, lakin iqtisadiyyatın və bütövlükdə ictimai-siyasi quruluşun belə qlobal bağlanması olmayıb. Bütün bunlar qlobal dünya atmosferinə təsir etməyə bilməzdi. Dünya pandemiyadan çıxır, ölkələr “özünə qayıdır”. Beləliklə, bütün keçmiş münaqişələr də geri dönür.

    Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı politoloq Fyodor Lukyanov Ermənistanın Tovuz təxribatı, eyni zamanda, Qarabağda hərbi əməliyyatların mümkünlüyü barədə danışarkən deyib.

    O bildirib ki, dünya ölkələrindəki vəziyyət olduqca gərgindir:

    “Bütün dünyada hər şeyin bəzən olduqca aqressiv hala gəldiyini görürük. ABŞ-da belə bütün bunlar mövcud ziddiyyətlərin güclü katalizatoruna çevrilib. Mən Ermənistan-Azərbaycan qarşıdurmasını pandemiya ilə əlaqələndirməyə meyilli deyiləm. Lakin pandemiyanın beynəlxalq atmosferi olduqca güclü bir şəkildə gərginləşdirdiyinə şübhə yoxdur. Və bu atmosferdə hər hansı bir münaqişə zonası partlaya bilər”.

    Buna baxmayaraq, politoloq qeyd edib ki, “Qarabağ minası”nın hələ bir müddət də “partlamadan qalması” (dondurulması) mümkündür.

    Lukyanov Tovuz təxribatı zamanı “Moskvanın həddən artıq balanslı mövqeyi”nin əksinə olaraq Türkiyənin “dərhal Azərbaycanla birləşməsi” və Kremlin bu addımının Ermənistanda “müzakirələr” yaratdığı haqda erməni mediasının sualı bu cür cavablandırıb:

    “Türkiyədən fərqli olaraq, Rusiya bir sıra səbəblərə görə münaqişə tərəflərindən birinə açıq dəstək verə bilmir. Ermənistan Türkiyənin düşmənidir. Türkiyənin bu qarşıdurmada tarazlığa ehtiyacı yoxdur. Yaxın bir dövlət var, o da Azərbaycandır. Ancaq Moskva ilə hər şey tam fərqlidir. Bakı onun düşməni deyil, əksinə, Azərbaycanla Rusiyanın normal münasibətləri var və inkişaf edir. Azərbaycan Xəzərdə vacib tərəfdaşdır. Buna görə Rusiya bir növ tarazlaşdırıcı rolu ilə əlaqəli daha mürəkkəb, şaxələndirilmiş bir mövqeyə malikdir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR