AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UEFA-dan millimizin oyunları ilə bağlı - Qərar

  • + A
  • - A
  • 19-08-2020, 19:40

    UEFA-dan millimizin oyunları ilə bağlı - Qərar

    Bu gün UEFA və ona üzv olan 55 milli assosiasiyanın baş katibləri arasında videokonfrans formatında iclas keçirilib.

    Azadmedia.az xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ azarkeşlərin avrokubok matçlarına tədricən qayıdışının müzakirəsi olub.

    Yığıncaq iştirakçıları fanatların stadiona girişinə icazə verməzdən əvvəl matçda iştirak edənlərin hamısının sağlamlığını təmin etmək üçün ciddi gigiyena tədbirlərinin görülməsinin vacibliyini vurğulayıblar.

    UEFA azarkeşlərin sentyabrın əvvəlində keçiriləcək Millətlər Liqası matçlarında iştirak etməsinə icazə verməyin hələ tez olduğunu və bunun üçün əvvəlcə test oyunlarının keçirilməsinin vacibliyini qeyd edib.

    Qitə futbol qurumu bunun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək UEFA Superkuboku uğrunda oyuna az sayda tamaşaçı buraxmaqla sınaqdan keçirilməsini təklif edib.

    Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakda Lüksemburqa, ikinci görüşünü isə 3 gün sonra səfərdə Kiprə qarşı keçirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR