AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ov icazələrində əcnəbilərə üstünlük verilir? - RƏSMİ AÇIQLAMA

  • + A
  • - A
  • 25-08-2020, 17:44

    Ov icazələrində əcnəbilərə üstünlük verilir? - RƏSMİ AÇIQLAMA

    Ov üçün icazə məsələlərində xarici vətəndaşlara üstünlük verilmir. Qaydalar hər zaman hər kəsə şamil edilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

    O bildirib ki, pandemiya ilə əlaqədar bu dövrdə ov üçün ölkəyə gələn xarici vətəndaşlar yoxdur:

    “Bəzən ov icazəsi ilə bağlı əcnəbilərə üstünlük verildiyi barədə fikirlər səsləndirilir. Lakin nəzərə almaq lazımdır ki, bəzi hüquqlar qanunvericilik çərçivəsində tənzimlənir. Necə ki biz sürücülük vəsiqəsi ilə bəzi ölkələrdə avtomobil idarə edə bilirik, bu məsələdə də müəyyən məqamlar var.

    Amma qanun hər zaman hər kəs üçün eynidir. Ov icazəsi müəyyən qaydalar çərçivəsində verilir və bu qaydaları pozan şəxslər aidiyyəti üzrə məsuliyyətə cəlb olunublar. Statistik məlumatlara nəzər salsaq, bunu görmək mümkündür.

    Belə ki, təkcə 2019-cu ildə 20 xarici vətəndaş ov qaydasını pozduğu üçün iki min manat dəyərində cərimə olunub. 2018-ci ildə isə 16 xarici vətəndaşa qarşı bu cəza tədbiri şamil edilib. Onların ölkədən dərhal çıxarılması üçün də aidiyyəti üzrə müraciətlər edilib. Ancaq nəzərə almaq lazımdır ki, xaricilərin ölkəmizə turizm və ov məqsədilə gəlməsi həm dövlət büdcəsinə xeyirdir, həm də müəyyən xidmət sahəsində çalışan, nəqliyyat vasitələrini kirayəyə verən ölkə vətəndaşlarının rifahı üçün də müsbət haldır”.

    Ov icazələrinin alınması ilə bağlı prosedur qaydalarına aydınlıq gətirən H.Əlizadə ov etmək istəyən şəxslərin yaşadığı ərazi üzrə nazirliyin müvafiq idarəsinə müraciət etməli olduqlarını deyib:

    “Həmin müraciət əsasında sizə geniş məlumat veriləcək. Siyəzən, Xızı ərazilərində ov icazəsi ilə bağlı izləyicilərimizin ünvanlandığı suala cavab olaraq deyim ki, bununla bağlı sizə idarədən müvafiq məlumatlar veriləcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR