AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şoyqu: Fəaliyyətimiz Bakıya qarşı yönəlməyib!

  • + A
  • - A
  • 25-08-2020, 18:48

    Şoyqu: Fəaliyyətimiz Bakıya qarşı yönəlməyib!

    Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil və onun fəaliyyəti bu regionda üçüncü ölkəyə qarşı yönəlməyib.

    Bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşündə deyib.

    "Ermənistanla sərhəddə baş verən hadisələri bilirik və narahatlıqla izləyirik. Və bazamıza uçuşlarımızla əlaqədar (Rusiyadan Ermənistana daşınan hərbi yüklər nəzərdə tutulur - red.) yaşanan narahatlıqlar barədə də məlumatlıyıq. Dərhal demək istəyirəm: Bütün hərəkətlərimiz heç vaxt qonşumuz və tərəfdaşımız olan Azərbaycana qarşı yönəlməyib və indi də yönəlmir. Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil”, - o bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR