AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mehmanxanaların mətbəx, restoran və barlarında hansı qaydalara əməl edilməlidir? - FOTO

  • + A
  • - A
  • 29-08-2020, 20:00

    Mehmanxanaların mətbəx, restoran və barlarında hansı qaydalara əməl edilməlidir? - FOTO


    Pandemiya dövründə fəaliyyət göstərən mehmanxanalarda COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə bir sıra qaydalara əməl olunmalıdır.

    Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, mehmanxana xidmətinin təşkilində, xüsusilə ictimai iaşə zonalarında müvafiq metodiki göstərişlərin, tövsiyə və tələblərin yerinə yetirilməsi vacib şərtlərdəndir.

    Belə ki, mehmanxanaların ictimai iaşə obyektlərində ümumi istifadədə olan çay və qəhvə maşınları, su dispenserləri və digər avadanlıqlardan içkilərin yalnız mehmanxananın işçisi tərəfindən qonaqlara təqdim olunması tövsiyə edilir.


    Əl və tənəffüs gigiyenasına riayət etməklə yanaşı, alət və avadanlıqların təmizliyi də COVID-19-a yoluxmanın qarşısını alan zəruri tədbirlərdəndir.

    Bu baxımdan, istifadə edilən metal çəngəl, qaşıq və bıçaqlar müvafiq gigiyena qaydalarına uyğun şəkildə təmizlənib, üstü örtülmüş şəkildə saxlanılmalıdır. Həmçinin çəngəl, qaşıq və bıçaq kimi alətlər əllə təmas olmadan qonaqlara təqdim edilməlidir.

    Bundan başqa, barlarda içki süzmək üçün istifadə olunan kranların mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi də şərtdir.

    Mehmanxanaların mətbəx, restoran və barlarında hansı qaydalara əməl edilməlidir? - FOTO
    Mehmanxanaların mətbəx, restoran və barlarında hansı qaydalara əməl edilməlidir? - FOTO
    Mehmanxanaların mətbəx, restoran və barlarında hansı qaydalara əməl edilməlidir? - FOTO


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR