AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsil Nazirliyi: Uşaqların məktəbə getməmələri ancaq valideynlərin şəxsi məsuliyyəti altında mümkün olacaq

  • + A
  • - A
  • 31-08-2020, 16:14



    Təhsil Nazirliyi: Uşaqların məktəbə getməmələri ancaq valideynlərin şəxsi məsuliyyəti altında mümkün olacaq

    Valideynlər uşağın məktəbə getməsinin əleyhinədirlərsə, onlarla uşağın uzaqdan təhsil almasına nəzarətə görə məsuliyyət daşıdıqları barədə yazılı müqavilə imzalanacaq. Xüsusilə, valideynlər uşağın onlayn dərslərə və teledərslərə baxmasına nəzarət etməli olacaqlar.

    Bu barədə Azərbaycan Təhsil Nazirliyinin mətbuat xidmətindən Media.Az-a məlumat verilib.

    Bildirilib ki, həmin şagirdlər də digərləri kimi məktəb qiymətləndirməsindən keçəcəklər.

    Xatırladaq ki, 29 avqustda Azərbaycanın Baş naziri Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərar imzalayıb. Bu qərara görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Mədəniyyət Nazirliyinə və Səhiyyə Nazirliyinə tapşırılıb ki, ölkədə 10 gün ərzində xüsusi karantin rejimi dövründə Azərbaycanın təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili üçün müvəqqəti qaydalar hazırlayaraq Nazirlər Kabinetinə təqdim etsinlər.

    I-IV sinif şagirdləri üçün məktəblərdə tədris prosesi sentyabrın 15-də başlayacaq. V-IX sinif şagirdləri 15 sentyabrdan distant təhsilə başlayacaqlar. Oktyabrın 1-dən etibarən onları məktəblərdə ənənəvi təhsil formasına cəlb etmək məsələsinə baxılacaq. Yuxarı sinif şagirdləri də oktyabrın 15-dən etibarən ənənəvi təhsil formasına cəlb ediləcəklər. Şagirdlər həftədə iki-üç dəfə məktəbə gələcəklər.

    Hansı siniflərin həftədə iki, hansının üç dəfə məktəbə gələcəyinə hələ qərar verilməyib. Bundan əlavə, eyni vaxtda sinifdə neçə şagirdin olacağı, dərsin nə qədər davam edəcəyi və gündə neçə dərsin keçiriləcəyi dəqiq bilinmir. Ancaq məlumdur ki, Təhsil Nazirliyi ilə birlikdə valideynlər də övladlarının təhsil müəssisələrinə getməmələrinə görə məsuliyyət daşımalı olacaqlar.

    Uşaqların uzun zaman davam edən təcriddən sonra məktəbə qayıtmalarının nə qədər çətin olacağı ilə bağlı uşaq psixiatrı, psixologiya üzrə məsləhətçi, tibb üzrə fəlsəfə doktoru Nərgiz Haşımzadə Media.Az-a danışıb.

    “Uşaqların ünsiyyətə, ictimailəşməyə ehtiyacı var. Əks təqdirdə, onlar yaşıdları ilə münasibət qura bilməyəcəklər, xüsusilə də təhsil müəssisəsində. Onlar bilik mübadiləsi aparmalı, idman oyunları oynamalı və rəqabət ruhunu inkişaf etdirməlidirlər. Buna görə də məktəblərin açılmasını məqsədəuyğun hesab edirəm. Uşaqlar cəmiyyətə nə qədər tez daxil olsa, psixoloji vəziyyətləri də bir o qədər yaxşı olar. Bu, xüsusilə ibtidai sinif şagirdlərinə aiddir. Onlar üçün dərsin başlanğıcı həmişə həyəcanverici hadisədir, hətta pandemiyadan əvvəlki dövrdə də bir az stressli olub. İndi uzun, məcburi tətildən sonra məktəbə qayıdırlar. Pandemiya zamanı məktəbə qayıtmaq ikiqat stressdir”, - N.Haşımzadə deyib.

    Onun sözlərinə görə, müəllimlər köməyə gəlməlidirlər. Onlar anlamalıdırlar ki, bir çox uşaq intizamın və gündəlik rejimin nə olduğunu artıq unudub:

    “Valideynlər övladlarını buna hazırlamalıdırlar. Artıq bu gündən uşağı erkən yatırmaq və erkən oyatmaq lazımdır. Bu çox vacibdir. Gigiyena standartlarına gəldikdə, düşünürəm ki, valideynlər uşaqlarına artıq bunu öyrətməli idilər. Bəli, psixoloji cəhətdən uşaqlara xüsusən ilk günlərdə bir az çətin olacaq, amma onlar tezliklə uyğunlaşacaqlar. Və adaptasiya dövrü nə qədər tez başlasa, onu bir o qədər tez keçəcəklər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR