AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TANINMIŞ BƏSTƏKARIN BÜTÖV AZƏRBAYCAN HƏSRƏTİ

  • + A
  • - A
  • 2-09-2020, 21:00

    TANINMIŞ BƏSTƏKARIN BÜTÖV AZƏRBAYCAN HƏSRƏTİ


    AMİA.AZ saytına eksklüziv müsahibəsində tanınmış bəstəkar, bütöv türk dünyasının sevimlisi Sevinc Tofiqqızının yeni bir uğuru haqqında söhbət açdıq.

    GünAz TV-nin Bakı ofisinin məsul nümayəndəsi Araz Obalı ilə apardığı Azərbaycanla bağlı söhbətlərdən ilhamlanaraq "Arazın dərdi var" adlı kompozisiyanı ərsəyə gətirən Sevinc xanımın bu dəyərli əsəri elə ilk dəfə də GünAz TV-nin efirində "Baxmağa nə var" verilişində işıq üzü görüb.

    Güney və Quzey Azərbaycanın ayrılığından doğan kədər, iztirab, eləcə də Arazın hər iki tayında olan azərbaycanlıların çəpərlərin götürüləcəyi, qovuşacaqları günə olan ümidini əks etdirən bu kompozisiyanın sözləri publisist, yazıçı, şair, AYB və AJB-nin üzvi "Qızıl qələm" və "Həsən bəy Zərdabi" adına media mükafatı laureatı Əli Vəlioğluna məxsusdur. Əsər əməkdar artist Azad Şükürov tərəfindən səsləndirilmişdir.

    Bütün türk dünyasının sevimlisinə çevrilən xarici və daxili gözəlliyi özündə birləşdirən Sevinc xanıma daha böyük uğurlar arzu edirik.

    TANINMIŞ BƏSTƏKARIN BÜTÖV AZƏRBAYCAN HƏSRƏTİ
    TANINMIŞ BƏSTƏKARIN BÜTÖV AZƏRBAYCAN HƏSRƏTİ


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR