AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Cənubu Qafqazda yeni təhlükə mənbəyi yaradır

  • + A
  • - A
  • 4-09-2020, 12:00

    Ermənistan Cənubu Qafqazda yeni təhlükə mənbəyi yaradır
    Ermənistan hökuməti beynəlxalq qanunlara məhəl qoymadan təxribatçı hərəkətlərini davam etdirir. Suriyadan sonra Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi şəkildə yerləşməsi planı Ermənistanın regionda mənfur məqsədlərindən soraq verir. Qeyd edək ki, bundan əvvəl İraq və Suriyada gərgin hadisələrdən sui-istifadə edən Ermənistan həmin ölkələrin erməni və kürd kökənli əhalisini işğal altındakı Azərbaycan ərazisinə köçürməyə və qanunsuz məskunlaşdırmanı davam etdirməyə nail olub. Politoloqların fikrincə, Livandan köçürülən “ailələr”in içərisində ASALA terrorçu qrupun üzvləri yer alacağı və günün birində Azərbaycana qarşı silah götürəcəkləri istisna olunmur. Biz birinci Qarabağ müharibəsində bunun şahidi olmuşuq və Qarabağda xeyli sayda Livan ermənisi, ASALA üzvü məhv edilib. Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən, Amerika əsilli və uzun illər Livanda terrorçu təşkilatın üzvü kimi fəaliyyət göstərən Monte Melkonyanın Ermənistanın milli qəhrəmanı elan olunması, hətta bu qatı terrorçunun “qəhrəmanlığının” Ermənistanda orta məktəb dərsliyinə daxil edilməsi isə hər kəsə yaxşı bəllidir.

    Artıq Livandan erməni ailələrinin köçürülmə prosesinə start verildiyini işğalçı ölkənin rəsmi dairələri də təsdiqləyir. Rusiyanın “Vestnik Kafkaza” nəşri Livandakı ermənilərin gətirilməsi məsələsində Ermənistanın aktivlik göstərməsinin arxasında bir sıra məqsədlərin gizləndiyindən bəhs edir. Nəşr qeyd edir ki, erməni hakimiyyəti bununla Yaxın Şərqdəki varlı ermənilərin ölkəyə gəlməsinə çalışır. Digər tərəfdən, dərinləşən demoqrafik böhranın qarşısını bu yolla almaq istəyirlər.

    BMT-nin Sosial və İqtisadi Məsələlər Departamentinin məlumatına görə, ötən il Ermənistanı 2 min insan tərk edib. Bu il ölkəni tərk edənlərin sayı bir qədər azalıb. Hakimiyyət buna görə koronavirus pandemiyasına minnətdar olmalıdır.

    Rusiya mətbuatı Livan ermənilərinin Ermənistana köçürülməsinə ciddi yanaşmır və bunun müəyyən siyasi məqsədlərə hesablandığını qeyd edir. Bütün bunlarla yanaşı, Livandan ermənilər köçsə belə,

    Ermənistanda müşahidə edilən demoqrafik böhranı önləmək mümkün olmayacaq.

    Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, Livandan olan varlı ermənilər uzun müddət Ermənistanda və yaxud da işğal altında olan Qarabağda yaşaya bilməyəcəklər: “Ermənilər elə bir bic millətdirlər ki, harada daha yaxşı yaşayış varsa, ora can atırlar. Tarixən bu belə olub... Paşinyan hökuməti onları həvəsləndirməklə istəyir ki, sözügedən ermənilər Ermənistana vəsait qoysunlar. Çünki belədə xarici sərmayədarları Ermənistana investisiya qoymağa həvəsləndirmək mümkün deyil. Baxmayaraq ki, Paşinyan bununla bağlı dəfələrlə boğazdan yuxarı yağlı vədlər verib. Ancaq bu sahədə nəyisə dəyişə bilmir.”

    Maraqlıdır ki, BMT və digər beynəlxalq qurumlar buna reaksiya vermirlər. Digər tərəfdən, bu təşkilatlar uzun illərdir ki, yalnız Azərbaycan ərazilərinin işğalını sözdə qınamqla işlərini bitmiş hesab ediblər. İşğal altındakı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün heç bir hərəkətə keçməyiblər. Bundan öz çirkin niyyətlərini həyata keçirmək üçün yararlanan Ermənistan dövləti Dağlıq Qarabağda yaşayan ermənilərin sayını 300-500 minə çatdırmağa cəhd edir. Bu yolla işğalçı Ermənistan həm də ilk növbədə işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarımızda həyata keçirdiyi etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi niyyətini büruzə verir.

    Ermənistan dövləti Qarabağda qeyri-qanuni məskunlaşdırdığı Suriya və Livan ermənilərinə ev və torpaqla yanaşı, vətəndaşlıq da verir. “Azərkosmos" ASC-nin "Azersky" peyki vasitəsilə aparılan monitorinqlər nəticəsində işğal altında olan Kəlbəcər rayonunda qanunsuz mənzil tikintisi faktı təsdiqlənib. Göründüyü kimi, bütün dünyanın gözü qarşısında separatçı rejim Ermənistanın dəstəyi ilə işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşmanı davam etdirir. Beynəlxalq hüquqa görə, insanları münaqişə zonasına yerləşdirmək yolverilməzdir. Ancaq erməni tərəfi, erməni diasporu buna məhəl qoymur və qanunsuz fəaliyyətlərini davam etdirir. Bu vəziyyət bir daha göstərir ki, Ermənistan işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma aparmaqla sülh yolu ilə əraziləri Azərbaycana qaytarmaq niyyətində

    olmadığını ortaya qoyur. Ermənistan baş naziri N.Paşinyanın 29 avqust tarixində ölkəmizin işğal olunmuş Xankəndi şəhərinə səfər edərək, orada yaratdığı oyuncaq rejimin “nümayəndələri” ilə görüşü, Azərbaycanın hazırda işğal altında saxlanılan ərazilərindəki erməni hərbi birləşmələrinə baş çəkməsi Ermənistanın təcavüzkar ölkə olduğunu və işğalçı siyasət yürütdüyünü növbəti dəfə nümayiş etdirdi.

    Nurəddin Muğanlı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR