AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Operativ Qərargah niyə bu qədər ehtiyat edir? - Professor

  • + A
  • - A
  • 5-09-2020, 15:44

    Operativ Qərargah niyə bu qədər ehtiyat edir? - Professor

    Karantin qaydalarının yumşaldılması davam etməlidir. İndiki məqamda yumşaldılmaya normal baxmaq lazımdır. Yaxşı olardı ki, yumşaldılma vaxtında olsun, amma prosesin yenə də davam etməsi arzuolunandır.

    Bunu Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla karantin rejiminin yumşaldılması və restoranlara daxildə xidmətə icazə verilməsinin yoluxmanın artmasına təsiri haqda danışarkən deyib. Professorun sözlərinə görə, kafe və restoranlar da işləməlidir:

    “Onsuz da restoranlar saat 10-a qədər fəaliyyət göstərirdi. Guya, 12-yə qədər fəaliyyət göstərsə, nə dəyişəcək ki?! Əslində, bəzi qərarların çox ehtiyatla verilməsinə ehtiyac yoxdur”.

    Adil Qeybulla hesab edir ki, fəaliyyət göstərən restoranlarda karantin qaydalarına əməl olunursa, bunu gecə 10-a qədər məhdudlaşdırmağın heç bir mənası yoxdur:

    “Belə aydın olur ki, kafe və restoranlar gecə 12-yə qədər də işləyə bilər. Əsas şərt qapalı məkanlarda karantin qaydalarına sərt şəkildə riayət etməkdir. Əgər bu həyata keçirilirsə, düşünürəm ki, burada zaman intervalının heç bir əhəmiyyəti qalmır. Hesab edirəm ki, rayonlara gediş - gəlişin açılması da normaldır. Onsuz da gediş-gəliş var idi. Bunu rəsmiləşdirmək lazımdır ki, insanlar rahat şəkildə rayonlara gedib-gəlsin. Rayonlardakı insanlar da qapalı məkanlarda, kafe və restoranlarda karantin qaydalarına riayət etməlidir. Buna nəzarət də həmin obyekt sahiblərinin üzərindədir. Bu kimi nüansların ümumi təlimatı olmalıdır. İnsanlar da bu təlimat əsasında fəaliyyət göstərməlidir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR