AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynada “Qarabağ Azərbaycandır!” şüarı ilə tanıtım - FOTO

  • + A
  • - A
  • 6-09-2020, 14:00

    Ukraynada “Qarabağ Azərbaycandır!” şüarı ilə tanıtım - FOTO

    Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə başlanan aksiya bu gün Kiyev və Jitomir şəhərlərində baş tutub.

    Azadmedia.az xəbər verir ki, aksiya zamanı hava balonunun üzərinə “Qarabağ Azərbaycandır!” şüarı yazılaraq səmaya buraxılıb. İlk uçuşda gənclər və media nümayəndələri olublar.

    Layihə rəhbəri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov bildirib ki, bu cür təbliğat xarakterli aksiyaların məqsədi Ukrayna cəmiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırmaqdır: "Aksiya mütəmadi olaraq baş tutacaq. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istəyən hər bir kəs bu aksiyaya qoşula bilər".

    Aksiya Azərbaycan diasporuna dəstək olan iş adamlarının sayəsində baş tutur. Ukrayna sakinləri bu gün hava şarını bir saata yaxın müşahidə edə biliblər.
    Ukraynada “Qarabağ Azərbaycandır!” şüarı ilə tanıtım - FOTO


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR