AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının uğurları hər kəsin gələcəyə ümidlə baxmasına əsas verir

  • + A
  • - A
  • 4-09-2020, 11:00

    Hər kəsə güntəki aydındır ki, yerlərdə vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur. Düzdür, elə hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır, elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq sözlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə nələr dayanır? Belə bir sualı cavablandırmaq üçün isə, heç də alim olmaq gərək deyil. Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında normativ tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı da bacarmalıdır. Haqqında bəhs etdiyimiz 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Güllü Əhmədova,da, məhz sadaladığımız belə bir göstəriciləri özündə cəmləşdirən vəzifə sahibidir. Bir müddət bundan öncə adı çəkilən kənddə olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, Güllü Əhmədova üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ələlxüsus sadə sakinlərin yanında olan şəxsdir.

    ...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Güllü Əhmədova,Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.

    Bəli, dogurdan da cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Güllü Əhmədova millətimizin yətişdirdiyi bir ziyalıdır. Güllü xanım sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətən daşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır.

    Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

    Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

    Güllü Əhmədova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

    O, yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

    O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı!

    Prezident İlham Əliyevdən nümunə götürən Güllü Əhmədovanın böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!

    O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

    5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Güllü Əhmədova,istər rəhbəri oldugu kollektiv, istərsə də ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

    5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Güllü Əhmədova,bütün bölgədə belə xarakterizə olunur

    … Yeganə baş həkimidiki ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

    … Yeganə baş həkimidiki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “cənab rəis” yox daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

    Hal-hazırda 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi vəzifəsini daşıyan və daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran Güllü Əhmədova, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Güllü Əhmədova elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

    Güllü Əhmədova, yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Güllü Əhmədova hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Güllü Əhmədovaya ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Güllü Əhmədovanın əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.

    Bizdə bu çətin və şərəfli işində Güllü xanım və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR