AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur “Pianoçu” filminin ssenari müəllifi öldü

  • + A
  • - A
  • 9-09-2020, 09:26

    Məşhur “Pianoçu” filminin ssenari müalllifi, britaniyalı dramaturq və ssenarist Ronald Harvud 85 yaşında vəfat edib.

    AzadMedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.

    Bildirilib ki, yazıçı çərşənbə axşamı Sasseks şəhərindəki evində dünyasını dəyişib.

    Qeyd edək ki, Harvud 2003-cü ildə məşhur “Pianoçu” filminə görə “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyası üzrə Oskara layiq görülüb. O, 2008-ci ildə "Skafandr və kəpənək" filminin ssenarisinə görə isə BAFTA mükafatını qazanıb. 2010-cu ildə Ronald Harvuda ssenari müəllifi kimi “Cəngavər” titulu verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR