AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Adil Əliyev bu vəzifəsindən getdi

  • + A
  • - A
  • 9-09-2020, 23:11

    Azərbaycan Kikboksinq Federasiyasında rəhbər dəyişikliyi olub.

    AzadMedia.az Axar.az a istinadən xəbər verir ki, bu barədə federasiyanın prezidenti, Milli Məclisin sədr müavini Adil Əliyev məlumat yayıb.

    O bildirib ki, sentyabrın 7-də federasiyanın İdarə Heyətinin onlayn iclası keçirilib:

    “İdarə Heyətinin qərarına əsasən Orxan Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçildi. İnanıram ki, Orxan Əliyev federasiyanın əvvəlki uğurlarını davam etdirəcək və effektiv fəaliyyət göstərərək daha böyük uğurlara imza atacaq.

    Azərbaycan Kikboksinq Federasiyası ölkədə və beynəlxalq arenada stabil və inkişaf etmiş idman birliyi kimi qəbul olunur. Sıralarında minlərlə idmançını birləşdirir. Federasiyada ölkəmiz üçün sağlam və vətənpərvər gənclər yetişir”.

    Qeyd edək ki, Adil Əliyev federasiya prezidentliyindən istefa versə də, İdarə Heyəti onu fəxri prezident seçib.

    “Məni fəxri prezident seçdikləri üçün İdarə Heyətinin üzvlərinə öz təşəkkürümü bildirirəm”, - Adil Əliyev qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR