AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2020-ci ilin yaz və növbədənkənar yaz sessiyaları dövründə gördüyü işlər barədə HESABAT

  • + A
  • - A
  • 10-09-2020, 10:35

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2020-ci ilin yaz və növbədənkənar yaz sessiyaları dövründə öz fəaliyyətini Milli Məclisin qanunvericilik planına uyğun şəkildə həyata keçirmişdir.
    Qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulmuş müddətlərdə keçirilmiş, ərizə və müraciətlərinə baxılması sahəsində müntəzəm iş aparılmışdır. Ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar vətəndaşlarla birbaşa ünsiyyət imkanları məhdud olsa da, komitə üzvləri seçicilərlə onlayn qəbullar keçiriblər.
    Hesabat dövründə komitənin 26 iclası keçirilmiş, bu iclaslarda 96 məsələ, o cümlədən 94 qanun layihəsi və 1 rəy geniş müzakirə edilmişdir. Ölkədə aparılan iqtisadi islahatların hüquqi əsaslarının möhkəmləndirilməsi və təkmilləşmələrin aparılması istiqamətində qanunvericilk fəaliyyətinin göstərilməsi komitənin əsas məqsədi olmuşdur. Eyni zamanda Covid-19 pandemiya dövrü şəraitində iqtisadi və sosial dəstəyin sürətliliyinin və əhatəliliyinin təmin olunması üçün dövlət başçısı tərəfindən daxil olan qanunverici təşəbbüslərin reallaşması həyata keçirilmişdir. Bu dövr ərinzdə Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabat, 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi komitədə geniş müzakirə olunmuşdur.
    Keçirilən iclaslardan 14-i video konfrans vasitəsi ilə onlayn keçirliib. Komitənin iclaslarında hökumət nümayəndələrindən əlavə QHT və ictimai təşkilatlar da iştirak edib, rəy və təkliflərini veriblər. Maraqlı tərəflətin qanun layihələrini iştirakı təmin olunmuşdur.
    Bu dövr ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili seciçilərlə bir neçə videoqəbullar keçirib. Komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
    Hesabat dövründə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində işçi qruplar yaradılıb, və bu qrupların iclasları keçirilib. Yaz sessiyada komitəyə 24 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olmuş, onlardan 15-i tədbir gorülməsi üçün müvafiq təşkilalatlara göndərilmiş, 8 ərizə işə alınmışdır. Komitəyə daxil olan ərizələrin iqtisadi və sosial problemlər (özəlləşdirmə, sahibkarlıq, vergi) ilə bağlıdır, digər məktub və ərizələr isə qanunlara dair təkliflərlə əlaqədardır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR