AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Şura Prezidentin iqtisadi islahatlar siyasətini uğurla həyata keçirilməsini təmin edəcək”

  • + A
  • - A
  • 10-09-2020, 21:21

    Cənab Prezident İlham Əliyevin fərmanı ilə yeni yaradılan İqtisadi Şuranın ilk mərhələdə əsas hədəfi pandemiyanın yaratdığı böhranlı vəziyyətdən az itki ilə çıxmağa, qısa zamanda ölkədə iqtisadi aktivliyi bərpa etməyə və qarşıdakı istisadi strateji hədəflərə nail olmağa,  xidmət edir. 

    Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov deyib.

    Onun sözlərinə görə, cənab Prezidentin yürütdüyü  çevik və uzaqgörən siyasəti nəticəsində  Azərbaycan pandemiya dövründə digər ölkələrlə müqayisədə həm virusa yoluxma, həm də iqtisadi cəhətdən daha az itki ilə  üzləşdi. “Çünki ölkə başçısının vaxtında dünyanı cənginə alan pandemiyaya qarşı dövlətin bütün gücünü səfərbər edərək qabaqlayıcı addımlar atılmasını təmin etdi. Bununla bağlı müvafiq  qərarlar və sərəncamlar imzalandı. Bunun nəticəsidir ki, Azərbaycan dünyada pandemiyaya uğurla mübarizə aparaq qabaqcıl dünya ölkələrindən biridir.

    Ölkə başçısının  fərmanı ilə yaradılan İqtisadi Şura da indiyədək həyata keçirilən uğurlu siyasətin məntiqi davamıdır. Pandemiya dövründə cənab Prezidentin yürütdüyü siyasətin ana xəttini vətəndaşların sağlamlığı təşkil edir. Lakin bununla paralel olaraq ölkənin iqtisadi durumu da diqqətdən yayınmırdı və bu dövrdə iqtisadi aktivliyin qorunub saxlanması üçün zəruri addımlar atırlırdı və postpandemiya dövrünə ciddi zəmin yardılmaqdadır.
    Cənab  Prezidentin 2020-ci il 19 martda imzaladığı  Sərəncam bu qəbildən olan sənədlərdən biri idi.  Həmin Sərəncama uyğun olaraq  Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı  hazırlandı. Həmin Tədbrilər Planında əsas üç istiqamət - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi əksini tapıb. Sentyabrın 9-da ölkə başçısının fərmanı ilə yaradılan İqtisadi Şuranın əsas özəlliklərindən biri də sahibkarlığın inkişafına, sahibkarlara yalnız pandemiya dövründə deyil, strateji olaraq postpandemiya dövründə daha yaxından dəstək göstərilməsi nəzərdə tutulur. Hesab edirəm ki, yaradılan Şura ölkədə postpandemiya dövründə qısa zamanda iqtisadi aktivliyin təmin edilməsinə xidmət edəcək. Artıq pandemiya dövründə bu işlərə başlanıb və bu məqsədlə ölkəmizdə qısa və ortamüddətli tədbirlər kompleksini özündə əks etdirən geniş iqtisadi və sosial proqram həyata keçirilməkdədir”- deputat qeyd edib.

    Millət vəkili hesab edir ki, bu, inklüziv və dayanıqlı iqtisadi inkişaf modelinin formalaşdırılması baxımından vacibdir: “Azərbaycan postpandemiya dövründə yeni iqtisadi model tətbiqinə çalışır və Şura da bu istiqamətdə öz töhfəsini vermiş olacaq. Yeni model sahibkarların və prioritet sektorların dəstəklənməsi ilə bağlı fəaliyyətin gücləndirilməsi, eyni zamanda iqtisadiyyatdakı şəffaflığın genişləndirilməsi ilə bağlı dərinləşdirilmiş islahatların davam etdirilməsindən ibarət olacaq və inklüziv iqtisadi sistemin möhkəmlənməsinə gətirib çıxaracaq.

    Çünki fərmanda da qeyd edildiyi kimi, növbəti onillikdə ölkəmizdə sosial-iqtisadi rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi qarşıda duran başlıca strateji çağırışlardan biridir. Xüsusilə postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha effektiv qorunması və “biznesə dost” digər strateji vəzifələrin icrası təmin olunması nəzərdə tutulur.

    Belə bir vəziyyətdə milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılmasını zəruri edir.

    O baxımdan da iqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin edilməlidir”. 

    Deputat əmin olduğunu bildirib ki, İqtisadi Şura  qısa zamanda cənab Prezidentin  verdiyi tapşırığa uyğun olaraq koronavirus pandemiyasının ölkə iqtisadiyyatına vurduğu ziyanların aradan qaldırılmasına, ölkə  iqtisadiyyatı qarşısında  duran yeni strateji siyasi çağırışlardan irəli gələn  məsələlərin həllinə, dövrün tələbinə uyğun olaraq yeni iqtisadi modelin  tətbiqinə  nail olacaq: “Şura indiyədək əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlılığın saxlanılmasına və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməsinə, iqtisadiyyatın neft gəlirlərindən asılılığı minimuma endirilməsi, ölkədə makroiqtisadi və maliyyə sabitliyin qorunmasına nail olacaq. Nəticədə Azərbaycan postpandemiya dövründə özünün yeni iqtisadi modelinin uğurla tətbiqinə öz töhfəsini verəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR