AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sentyabrın 14-dən metro açılır - Rəsmi açıqlama

  • + A
  • - A
  • 11-09-2020, 13:05

    Nazirlər Kabineti yanında Operativ Qərargah daha bir məlumat yayıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin 2020-ci il avqustun 5-dən mərhələli şəkildə, ayrı-ayrı sahələr üzrə yumşaldılması məqsədilə tədbirlər davam etdirilir.

    Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir.

    2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır.


    “İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görülüb.

    Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarına yol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR