AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə son sutkada daha 56 nəfər koronavirusdan öldü

  • + A
  • - A
  • 11-09-2020, 21:40

    Türkiyədə son sutka ərzində daha 56 nəfər koronavirusdan ölüb.

    AzadMedia.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
    Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 951  nəfərə çatıb:

    "Bu gün ölkədə  koronavirus testindən  keçən 112 213  nəfərdən 1 671-nin cavabı pozitiv çıxıb.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı  288 126  nəfərə çatıb.

    Müalicə olunan 1 117  xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 256 524  nəfər təşkil edir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR