AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“ƏSRİN MÜQAVİLƏSİ” AZƏRBAYCANDA YENİ ERANIN BAŞLANĞICI OLDU

  • + A
  • - A
  • 20-09-2020, 12:20



    İl 1994, tarix 20 sentyabr.. ƏSRƏ SIĞMAYAN “ƏSRİN MÜQAVİLƏSİ”

    Qlobal aləmdə tarixi, siyasi və beynəlxalq əhəmiyyətə malik olan “ƏSRİN
    MÜQAVİLƏSİ” XX əsrdə nəyinki Azərbaycan dövlətinin tarixində, hətta dünya
    dövlətlərinin tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən Yeni Neft
    Strategiyasının və Doktrinanın başlanğıcı oldu.
    Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də
    Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən
    mühüm müqavilələrdən biri - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən
    “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissələrinin birgə
    işlənməsi və hasilatının pay bölgüsü haqqında saziş imzalandı. Öncəliklə, bu neft
    strategiyasının əsasını təşkil edən, ölkənin gələcəyi üçün yeni perspektivlər açan
    və sonrakı illərin təcrübəsində öz layiqli tarixi qiymətini alan “Əsrin müqaviləsi”
    idi..
    Bu gün, Azərbaycanın ən böyük neft yatağı olan Azəri-Çıraq-Günəşli hövzəsinin
    fəaliyyətini və dünya bazarlarına neft ixracını nəzərdə tutan və ölkənin iqtisadi
    inkişafında böyük paya sahib olan “Əsrin müqaviləsi” 26-cı ildönümünə qədəm
    qoydu.
    Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyev
    Azərbaycan dövlətini müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə
    çevirmək üçün gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası
    olacaq neft strategiyasını müəyyənləşdirdi. Bununla da, Yeni neft strategiyası xarici
    investorların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam
    neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə
    edilməsini və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etmiş
    oldu.
    Qeyd edim ki, müstəqilliyinin ilk illərində bir çox sıxıntılarla mübarizə aparan
    Azərbaycan Ulu Öndər Heydər Əliyevin iqtidardan hakimiyyətə gəlişi ilə ölkəmizin
    sahib olduğu bir çox təbii sərvətlərdən səmərəli şəkildə istifadə olunması və dünya
    bazarına çıxarılmasını təmin edən düzgün, strateji yol izlədi və eyni zamanda
    müasir, inkişafa meylli iqtisadi addımlar atdı.
    Bununla da, bitmədi..

    BAKI-TBİLİSİ-CEYHAN ƏSAS İXRAC BORU KƏMƏRİNİN ƏHƏMİYYƏTİ
    ..

    Azərbaycan neftinin daşınması üçün Türkiyə və Gürcüstanla əməkdaşlıq edildi və
    Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan da
    Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli üçün Bakı-Tbilisi-Ceyhan boru
    kəməri inşa edildi.
    Belə ki, əsas neft ixrac boru kəməri irimiqyaslı infrastruktur layihəsi olmaqla yanaşı,
    həm də yüksək səmərəliliyə malik olan əlverişli kommersiya layihəsi olmuş oldu.
    Paralel olaraq, Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Amerika Birləşmiş
    Ştatlarının dövlət başçıları bu layihəni dəstəkləyən və onun uğurla həyata
    keçirilməsi üçün möhkəm zəmin yaradan “İstanbul Bəyannaməsi”ni imzaladılar.
    Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi Azərbaycan Respublikasının
    neft strategiyasının və xarici neft şirkətləri ilə işgüzar əməkdaşlığın davam
    etdirilməsi, sərmayəçilərlə bağlanmış sazişlər çərçivəsində hasil edilən neftin dünya
    bazarlarına çıxarılması və Azərbaycan xalqının sosial-iqtisadi rifahının
    yüksəldilməsi üçün mühüm siyasi və iqtisadi əhəmiyyətə malik oldu.
    Bu gün Azərbaycan Xəzərdəki ən böyük donanmaya sahib olan dövlət olmaqla
    yanaşı, ötən illər ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə
    çevrilib.
    Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin davamçısı olan prezident İlham
    Əliyevin sözləri ilə - “20 Sentyabr ölkəmiz üçün tarixi bir gün oldu. Azərbaycan
    dövlətinin inkişafı üçün yeni imkanlar yarandı və ölkəyə xarici investisiyalar
    qoyuldu. Belə ki, ölkəmizin iqtisadi və siyasi inkişafı “Əsrin Müqaviləsi” ilə
    başladı.”
    “Əsrin Müqaviləsi” Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını
    qoymaqla bərabər, Azərbaycan tarixində yeni eranın başlanmasında, beynəlxalq
    bazarlarda iştirakının genişləndirilməsində, ölkənin iqtisadi və siyasi
    təhlükəsizliyinin əlavə təminatında, yeni xarici investisiya qoyuluşunda, yeni iş
    yerlərinin açılmasında və əhalinin sosial rifahının yaxşılaşdırılmasında böyük
    əhəmiyyətə malik oldu.
    Bu gün həm də, Azərbaycanda, Neft-qaz sənayesində çalışan mütəxəssislər və bu
    sahənin müxtəlif sahələrinə rəhbərlik edən şəxslərin əməyinin qiymətləndirilməsi
    ilə bağlı Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20
    sentyabr tarixi Azərbaycanda “Neftçilər günü” kimi qeyd olunmaqdadır.
    Azərbaycan Neftçilərinin peşə bayramı kimi..

    Bayramınız mübarək olsun Əziz Neftçilər!

    ÜLKƏR PİRİYEVA - POLİTOLOQ


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR