AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Prezident əmr verdi, bir neçə saata 7 kəndi aldıq”

  • + A
  • - A
  • 28-09-2020, 13:09




    “Mən özüm Ağdam rayonundanam. O səsi Qarabağda qazanmışam. 30 il idir bu həsrəti gözləyirdik".

    Bu sözləri Xalq artisi Mənsum İbrahimov son günlər cəbhədə baş verən erməni təxribatına münasibət bildirərkən deyib.

    O bildirib ki, ermənilər dinc əhaliyə qarşı təxribat törətməklə heç nəyə nail ola bilməcəyəcklər, Azərbaycan ordusu layiqincə cavab verəcək:

    “Mən Ali Baş Komandanımızın əmrini gözləmişəm. Əmr versin və ordumuz hücuma keçsin. Mən hər yerdə Qarabağ adı ilə çıxış edirəm. Mənim silahım səsimdir. Biz dünyaya sülhsevərliyimizi bildirmişik. Biz ermənidən torpaq istəmirik. Ermənilər dünən təkrar təxribat törətdi. Prezident əmr verdi, ordumuz əks hücuma keçdi. Bir neçə saat içində 7 kəndi aldıq. Bizim qüdrətli ordumuz var. Biz ordumuzdan qələbə xəbəri gözlədiyimiz qədər, xalqımızdan dözüm gözləyirik. Mənim üçün ən böyük hədiyyə torpaqlarımızın azad edilməsi ola bilər. Düşünürəm ki, ordumuz zəfər çalacaq. Biz həsrətlə o günü gözləyirik. Azərbaycan əsgəri hamımız sənin arxandayıq, xalqımızı bir olmağa çağırıram. Lazımsız xəbərləri yaymasınlar. Rəsmi olan xəbərlərə inansınlar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR