“Daşkəsən rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması xəbəri səhər saatlarından etibarən daxil olub”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq “AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyev bildirib.
Onun sözlərinə görə, “AzerGold” QSC mərkəzi aparatı ilə Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsi ilə daim təmasdadır:
“Sözügedən hadisə Cəmiyyətin fəaliyyətinə heç bir təsir göstərməyib. “AzerGold” Daşkəsəndə fəaliyətini adi iş rejimi ilə, plana uyğun qaydada davam etdirir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.