AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəbhə bölgəsində dörd gündə həlak olan şagirdlər və dağıntılar barədə - Nazirlikdən açıqlama

  • + A
  • - A
  • 1-10-2020, 20:20


    Sentyabrın 27-dən ötən 4 gün ərzində erməni işğalçı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini davamlı atəşə tutması nəticəsində şagirdlərdən həlak olanlar, müəllimlərdən isə müxtəlif bədən xəsarətləri alanlar var.

    Təhsil Nazirliyindən AzadMedia.az a verilən məlumata görə, Naftalan şəhərində bir evə düşən mərmi nəticəsində rayonun Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və IX sinif şagirdi Fidan Qurbanova həlak olub.

    Tərtər rayonu Seyidimli kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Mübariz Əliyev isə ayağından qəlpə yarası alıb.

    Tərtərin 6, Ağdamın 2, Füzuli, Goranboy və Kəlbəcərin hər birində 1 məktəb müxtəlif dərəcəli dağıntılara məruz qalıb.

    Tərtər:

    Tərtər şəhər 5 saylı tam orta məktəb

    Tərtər şəhər İ.Məmmədov adına 2 saylı məktəb-lisey

    Şıxarx kənd 1 saylı tam orta məktəb

    Qapanlı kənd tam orta məktəb

    Qarağacı kənd tam orta məktəb

    Qazyan kənd ümumi orta məktəb

    Ağdam:

    Təzəkənd kənd tam orta məktəb

    Ayaqqərvənd kənd tam orta məktəb

    Füzuli:

    Arayatılı kənd tam orta məktəb

    Goranboy:

    Safıkürd kənd tam orta məktəb

    Kəlbəcər:

    Kəlbəcər rayonu 83 saylı tam orta məktəb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR