AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün, Paşinyan XIX əsrdən başlayaraq, Ermənilərin intelektual səviyyəsinin yetişdirdiyi məhsuldur

  • + A
  • - A
  • 11-10-2020, 18:00



    Aradan 30 ilə yaxın bir zaman keçdi..

    Təxminən 30 illik diplomatik səylərin və danışıqların Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yetərsiz olduğu görülürdü.

    Ermənilərin Dağlıq Qarabağ və ətrafındakı işğalı davam etmə cəhdləri varkən, tərəflər arasında həll yolu da ola bilməzdi. Bu çıxılmaz mühitdə, atəşkəsin zaman-zaman pozulduğu və yüksək intensiv qarşıdurmalar yaşandığı da görülürdü. ATƏT”in Minsk Qrupu- ABŞ, Rusiya, Fransa- açıq şəkildə Dağlıq Qarabağ münaqişəsini həll edə bilmədilər. Əslində ATƏT atəşkəs pozuntularında da, açıq bir mövqe göstərə bilmədi və atəşkəsi pozan tərəfi açıq şəkildə ifadə edə bilmədi. Bir növ, Minsk qrupu həmsədrlərinin bitərəf açıqlamalarının həlldən daha çox münaqişəyə xidmət etdiyi görülürdü. ATƏT”in Minsk Qrupu kimi, NATO da, Dağlıq Qarabağ məsələsinin həllində yetərli deyildi. Əslində NATO-nun “Bu münaqişənin ancaq hər iki tərəf razılığa gəldikdə həll ediləcəyini hamıya sanki, məlum idi” kimi müəmmalı bir münasibəti var idi. Bir tərəfdən, NATO-nun işğal olunmuş ölkə və işğalçı ölkə məsələləri ilə bağlı açıq bir mövqeyinin olmadığı görülmüşdü. Digər tərəfdən, Dağlıq Qarabağ məsələsinə yanaşması araşdırılmalı olan başqa bir təşkilat BMT idi. BMT indiyə qədər, Dağlıq Qarabağ məsələsi ilə bağlı, dörd qətnamə qəbul edib. BMT bu qətnamələrdə, “erməniləri açıq şəkildə işğalçı kimi müəyyənləşdirərək” Azərbaycan ərazilərinin işğal altında olduğunu bildirmişdi. Məsələnin əsas tərəfi də odur ki, ermənilərin mənfur səylərinə baxmayaraq, Dağlıq Qarabağın müstəqilliyinin tanınmadığı açıq şəkildə ortada idi.

    Beynəlxalq təşkilatlardan başqa, problemin digər iki vacib aktyoru Rusiya və ABŞ idi. Əslində, hər iki ölkənin müxtəlif siyasi fikir ayrılıqları olsa da, bu məsələdə erməniləri dəstəklədiklərini söyləmək mümkün idi. Eynilə, İran da Dağlıq Qarabağ məsələsində Ermənistanın tərəfində idi. Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı açıq formatda dəstəkləyən ölkə Türkiyə idi. Eyni zamanda, Azərbaycan torpaqlarının 20faizini işğal edən Ermənistanla Türkiyə öz sərhədlərini qapalı tuturdu ve bu gün də, bu belədir.

    Türkiyənin bu gün Ermənistanla əlaqələrini normallaşdırması üçün, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ən vacib şərtdir. Ən əsası, Türkiyə, eyni zamanda beynəlxalq hüquq çərçivəsində, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü nəzərə alınaraq həll edilməli olduğunu bir mənalı olaraq, müdafiə edir və

    bu gün Azərbaycanın bu haqlı və ədalətə dayanan savaşında birinci ən böyük mənəvi dəstəkçisidir.

    Görünən odur ki, Beynəlxalq Media Ermənistanın tərəfini tutur...

    30 ilə yaxın bir zamanda, bir də görünən odur ki, Beynəlxalq Media Ermənistanın tərəfini tutur.

    Azərbaycana qarşı Qara Təbliğatın bir neçə səbəbi

    1. Azərbaycan dünyada müstəqil dövlətdir və müstəqil siyasətlə məşğuldur.

    2. Azərbaycan bugünə qədər, başqa ölkələrin əlində vasitə olmamış və olmayacaqdır.

    3. Azərbaycandakı inkişaflara baxsaq, Azərbaycan hər bir anlamda, dünya siyasət meydanında öz sözünü deyir və haqlıdır.

    4. Azərbaycan bu gün dünya miqyasında etibarlı bir ölkə kimi tanınır.

    5. Azərbaycanın malik olduğu mühüm neft potensialı var. Dünya neft starategiyasında önəmli yerdə durur.

    6. Yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və digərləri Azərbaycan ərazisindən keçməkdədir.

    Qeyd- Ermənistanın Tovuz bölgəmizdə ermənilərin törətdiyi terror aktlarının əsas səbələrindən biri..

    7. Azərbaycan Multikultural bir ölkədir..

    Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Bəzi ölkələr Azərbaycana yuxarıdan baxırlar. Ancaq buna imkan vermədik. Bizə edilən təzyiqlərin səbəblərindən biri də müstəqil siyasət aparmağımızdır. Heç kimin sözünə görə dayanmırıq və əyilmirik. Bu problemlər başlayanda dərhal bizə qarşı qara təbliğata başladılar və hərəkətə keçdilər..”

    Ali Baş Komandan, Beynəlxalq media qurumlarının daha çox Ermənistan tərəfini dəstəklədiyini və yalan məlumatlar yaydığını ifadə edərək, informasiya arenasında, qardaş ölkə Türkiyə Mediasının birmənalı olaraq, Azərbaycanın bu haqlı davasında yanında olduğu və proseslərə geniş miqyasda yer ayırdığı üçün təşəkkürlərini bildirmişdi.

    Qeyd edim ki, Türkiyə Mediası bu günlərdə müharibə ilə bağlı, həqiqətləri bütün dünyaya çatdırır. Bombalanmış şəhərlər, düşən raketlər, Azərbaycan ərazisində erməni terror aktları və öldürülən dinc əhali ..

    Nəzərinizə çatdırım ki, Türkiyənin media qurumları tərəfindən verilən məlumatlar daha ədalətli və daha doğrudur..

    Onu da qeyd etmək yerinə düşərdi ki, bu gün Paşinyan XIX əsrdən başlayaraq, Ermənilərin intelektual səviyyəsinin yetişdirdiyi “məhsul”dur.

    Bu gün yaranmış gərgin vəziyyətə görə, bütün hərbi-siyasi məsuliyyət məhz, Ermənistan hərbi siyasi rəhbərliyinin üzərinə düşür.

    Bütün dünya bilir ki, Azərbaycan əraziləri sadəcə işğal olunmadı, etnik terrora, mədəni etnik terrora və etnik təmizlənməyə məruz qaldı.

    Digər tərəfdən, Azərbaycan danışıqlarda hər zaman konstruktivlik nümayiş etdirir..

    Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır!

    Qarabağ Azərbaycanın əzəli, əbədi və ayrılmaz tərkib hissəsidir!

    Və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli, güclü ordusu işğal altında qalan digər ərazilərimizi də qısa müddət ərzində, işğaldan azad edəcək və üç rəngli Azərbaycan Bayrağını Dağlıq Qarabağın bütün rayonlarına dikəcəkdir!

    Yaşa Azərbaycan Əsgəri!

    Qarabağ Aəzrbaycandır!

    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR