AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azfen” Birgə Müəssisəsi Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon vəsait köçürdü

  • + A
  • - A
  • 10-10-2020, 12:51

    “Azfen” Birgə Müəssisəsi Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon vəsait köçürdü


    Azərbaycanda fəaliyyət göstərən “Azfen” Birgə Müəssisəsi işğal olunmuş torpaqlarımızın azad olunması, ərazi bötüvlüyümüzün bərpası uğrunda canı bahasına mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 1,000 000 (bir milyon) manat vəsait köçürüb.

    Ali Baş Komandan İlham Əliyevin komandanlığında tarix yazan, inamlı qələbəyə addımlayan Ordumuz artıq dünyada öz gücü və əzmi ilə adından söz etdirməkdədir:

    ““Azfen” Birgə Müəssisəsi kollektivi Vətənimizin bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparan, adını müasir tariximizə qızıl hərflərlə yazdıran şanlı Azərbaycan Ordusu qarşısında baş əyir və Ordumuzla hər zaman qürur duyduğunu bildirir.

    Kollektivimiz inanır ki, Ordumuz hərbi əməliyyatları uğurla davam etdirəcək və ən qısa zamanda bizi qələbə xəbərləri ilə sevindirəcəkdir”.

    Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

    Qarabağ Azərbaycandır!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR