AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ATƏT-in Minsk Qrupu həmsədrləri humanitar atəşkəslə bağlı birgə bəyanatda tərəfləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıb

  • + A
  • - A
  • 10-10-2020, 22:00

    ATƏT-in Minsk Qrupu həmsədrləri humanitar atəşkəslə bağlı birgə bəyanatda tərəfləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıb


    AzadMedia.az xəbər verir ki, ATƏT-in Minsk Qrupu həmsədrləri humanitar atəşkəslə bağlı birgə bəyanatı alqışlayır və tərəfləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.

    "Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyası - İqor Popov, Fransa - Stefan Viskonti və Amerika Birləşmiş Ştatları - Şofer Endryu) Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun humanitar atəşkəslə bağlı birgə bəyanatını alqışlayır və tərəfləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır”.

    Bildirilib ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə cəsədlərin və əsirlərin geri qaytarılması üsulları və maddi-texniki məsələləri ilə bağlı intensiv müzakirələr aparır: “Biz tərəfləri təcili olaraq bütün lazımi təhlükəsizlik və lojistik təminatları təmin etməyə çağırırıq".

    Qeyd edilib ki, "həmsədrlər, atəşkəsin konkret parametrləri barədə razılığa gəlmək üçün göstərilən səylərə vasitəçilik etmək və razılaşdırılmış prinsiplər və format əsasında həll yoluna çatmaq üçün intensiv substantiv danışıqların aparılması üçün tərəflərlə fəal təmasdadır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR