Xarici İşlər naziri: " Növbəti mərhələdə danışıqların imitasiyasına imkan verilməyəcək"
AzadMedia.az-ın məlumatıma görə, Xarici İşlər naziri Ceyhun Bayramov, "Uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların imitasiyası həyata keçirilib. Növbəti mərhələdə danışıqların imitasiyasına imkan verilməyəcək", deyə bildirib.
Qeyd edək ki, onun sözlərinə görə, Ermənistan tərəfində terrorçuların iştirakı barədə, materiallar toplanıb və müxtəlif dövlətlərin səfirliklərinə, aidiyyatı beynəlxalq təşkilatlara təqdim olunub:
"Biz beynəlxalq təşkilatlara təqdim etdiyimiz materiallarda beynəlxalq konvensiyaların hansı müddəalarının pozulduğunu göstərmişik. PKK terrorçularının da döyüşlərdə iştirak etməsi ilə bağlı sübutlar var. Ermənistan prezidenti də terroçuların döyüşlərdə iştirak etməsini etiraf edib. Terrorçulardan istifadə etmək Ermənistanın həmişəki əməlidir".