Ceyhun Bayramov: "Həmsədrlərlə əməkdaşlığı davam etdiririk"
AzadMedia.az-ın məlumatıma görə, Xarici İşlər naziri Ceyhun Bayramov, "Hazırda həmsədr ölkələrin dəyişdirilməsi ilə bağlı məsələ nəzərdə tutulmayıb. Həmsədrlərlə əməkdaşlığı davam etdiririk" deyə bildirib.
Qeyd edək ki, Ceyhun Bayramovun sözlərinə görə, Fransa prezidenti birtərəfli qaydada Ermənistanı dəstəkləmişdi və biz bununla bağlı mövqeyimizi bildirdik. Rusiyanın mövqeyinə gəlincə isə, Rusiya neytral mövqeyini qoruyub-saxladı, hər hansı bir ölkəyə açıq dəstək vermədi.