AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Seynur Əsgərli, "Ermənistan bölgədəki sülh və əmin-amanlığa ən böyük təhlükədir”

  • + A
  • - A
  • 12-10-2020, 09:00

    Politoloq Seynur Əsgərli, "Ermənistan bölgədəki sülh və əmin-amanlığa ən böyük təhlükədir”

    AzadMedia.az-a açıqlama verən Politoloq Seynur Əsgərli, “Azərbaycana qarşı hücumlarına yenisini əlavə edən Ermənistan bir daha bölgədəki sülh və əmin-amanlığa ən böyük təhlükə olduğunu bütün dünyaya göstərmiş oldu,” deyib.

    Politoloq açıqlamasında, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib və işğalçı Ermənistan tərəfindən, XXI əsrdə də bu münaqişə terror aktları və müharibə cinayətləri ilə davam etməkdədir” bildirib.

    Politoloq Əsgərli, “Azərbaycana qarşı hücumlarına yenisini əlavə edən Ermənistan bir daha bölgədəki sülh və əmin-amanlığa ən böyük təhlükə olduğunu göstərdi. Türk Milləti bu gün hər zaman olduğu kimi bütün imkanları ilə yanımızdadır. Ermənistanın təxribatçı təcavüzünə lazımi və kifayət qədər cavab verə bilməyən beynəlxalq ictimaiyyət bir daha ikili standartlarını nümayiş etdirir. Təxminən 30 ildir səhlənkar münasibətini qoruyan Minsk üçlüyü, təəssüf ki, həll yönümlü olmaqdan çox uzaqdır. Bu gün, Türkiyə dövləti beynəlxalq ictimaiyyəti bütün dünyada işğal və zülmə qarşı mübarizəmizdə, Azərbaycanın tərəfini tutmağa çağırır. İnanırıq ki, Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət" ifadəsində dediyi kimi, Türkiyə hər zaman Azərbaycanlı qardaşları ilə həmrəyliyini gücləndirməyə davam edəcəkdir” deyə söyləyib.

    Politoloq açıqlamasında, “bu gün, Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir. Belə ki, Gəncə və Mingəçevir şəhərləri işğalçı ordu tərəfindən dəfələrlə atəşə məruz qalıb. Nəticədə, dinc sakinlərimiz həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Birmənalı olaraq, bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə, Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür", deyə bildirib.

    Seynur Əsgərli eyni zamanda, “Hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın tam azad olunacağı o müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır. Yaşasın Ali Baş Komandanımız! Yaşaşın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan!” sözlərindən sonra “Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Azərbaycan əsgəri! deyə qeyd edib.

    Son olaraq, Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qarabağ tarixi, əzəli və əbədi Azərbaycan torpağıdır!”
    “Qarabağ Azərbaycandır!” deyə politoloq bildirib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR