AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Alban-Udi Xristian dini icmasının sədri - "Ermənistan monoetnik ölkədir, orada ermənilərdən başqa heç kim yoxdur"

  • + A
  • - A
  • 16-10-2020, 16:23

    Alban-Udi Xristian dini icmasının sədri - "Ermənistan monoetnik ölkədir, orada ermənilərdən başqa heç kim yoxdur"

    Biz Azərbaycanımıza, ordumuza dua edirik ki, onlar işğal olunmuş torpaqlarımızı işğaldan azad etsinlər. Biz Azərbaycan ordusunu dəstəkləyirik.

    Azad Media.az xəbər verir ki, bu barədə, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib.

    R.Mobili qeyd edib ki, ermənilərin işğal etdikləri torpaqlarda alban məbədləri də var, artıq bu torpaqların işğaldan azad edilməsinin vaxtıdır: “Ermənilər işğal edilmiş torpaqlarda tarixi abidələri dağıdırlar. Bu, onların siyasətidir. Ermənistan monoetnik ölkədir, orada ermənilərdən başqa heç kim yoxdur. Bu gün onlar Qarabağda da eyni şərait yaradır. Orada da ermənilərdən başqa heç kim yoxdur. Onlar Qarabağda bütün abidələri məhv edirlər. Bu, Ermənistanın vandalizm siyasətidir. O torpaqlar işğaldan azad edilməlidir, çünki ermənilərin bu cür vandalizmi bizim üçün çətindir.

    Bu gün ermənilər istəyilər ki, Azərbaycanda digər xalqlar döyüşə getməsinlər. Ancaq onlar buna nail ola bilməyəcəklər. Bu gün cəbhədə bütün xalqlardan olan nümayəndələr var, biz öz ölkəmizi sevirik, yaşasın Azərbaycan!”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR